MƏDƏNİYYƏT


Ukraynada Azərbaycanın milli xörək və şirniyyatları brend şəklində tanıdılır

Kiyev, 24 sentyabr, AZƏRTAC

Bir xalqın zəngin mədəniyyəti onun milli mətbəxi ilə də tanıdılır. Milli xörəklər onun tarixi, fəlsəfəsi hər hansı ölkə haqqında xüsusi fikir formalaşdırır. Bu baxımdan Azərbaycanın da milli mətbəxinin xarici ölkələrdə tanıdılması xalqımızın, soydaşlarımızın prioritet fəaliyyətlərindən biri olmalıdır.

AZƏRTAC-ın budəfəki müsahibi Ukraynada milli mətbəximizi tanıdan, milli xörəklərimizi, şirniyyatlarımızın təbliğatçısı, soydaşımız Günay Hüseynovadır. O artıq 16 ildir Ukraynada milli xörək və şirniyyatlarımızı bişirərək Ukrayna cəmiyyətində tanıtmaqla məşğuldur.

Ukraynalılar üçün Azərbaycanın milli yeməklərinin dadının artıq doğma olduğunu deyən G.Hüseynova bildirib ki, son 5-6 ildə milli xörəklərimiz və şirniyyatların Ukrayna cəmiyyətində tanıdılmasına müvəffəq olublar: “Artıq komanda şəkilində çalışırıq. Məqsədimiz istər soydaşlarımız olsun, istərsə də ukraynalılar, onlara Azərbaycan mətbəxinin dadını unutdurmamaqdır. Gələcək perspektiv üçün milli mətbəx və şirniyyatlarımızı Ukraynada brend kimi tanıtdırmaqdır. Bu istiqamətdə də işlərimizi davam etdiririk”, - deyə G.Hüseynova əlavə edib.

Soydaşımız qeyd edib ki, onlara daha çox şirniyyatlardan paxlava, şəkərbura, milli xörəklərimizdən isə şah plov, dolma sifariş edilir. Bu sifarişlər daha çox istər Ukraynanın, istərsə də Azərbaycanın milli bayramlarında, toylarında edilir: “Ukrayna xanımlarının Azərbaycanın milli mətbəxinə marağı artığından, bizə sifarişləri artıb. Onlara milli mətbəximizin əsas yeməkləri olan plov, dolma, dovğa, şirniyyatlardan paxlava, şəkərburanı hazırlamaq üçün master-klasslar keçirik. Çünki hər bir Ukrayna xanımına milli xörək və şirniyyatlarımızın hazırlanmasını öyrətmək Azərbaycanın milli xörəyinin təbliği üçün əsas ideoloji işlərdən biridir. Nəzərə alsaq ki, bədnam qonşularımız dolmanı öz adlarına çıxartmaq istəyir, bu baxımdan qeyd etdiyimiz mövzulara daha çox diqqət yetirilməlidir”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.