İDMAN
Ukraynada “Bakı-2015”-in qalibləri xüsusi mərasimlə qarşılanacaqlar

Bakı, 18 iyun, AZƏRTAC
Bakıda keçirilən birinci Avropa Oyunlarında mükafatçılar sırasına düşən ukraynalı güləşçilər üçün xüsusi qarşılanma mərasimi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Olimpiya Komitəsinin rəsmi saytında deyilir.
Qeyd olunub ki, Avropa Oyunlarında fəxri kürsüyə qalxa bilən ukraynalı güləşçilər - Alina Stadnik-Maxinya (qızıl medal), Yuliya Tkaç (gümüş medal), Tetyana Lavrençuk (gümüş medal) və Valeri Andriytsev (bürünc medal) təntənəli mərasimlə qarşılanacaqlar.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]