DÜNYA


Ukraynada Krım-tatar dilinin əlifbasında latın qrafikasına keçid haqqında qərar təsdiq edilib

Kiyev, 23 sentyabr, AZƏRTAC

1992-ci ildə Krım-tatar xalqının Qurultayı Krım-tatar dilinin əlifbasında latın qrafikasına keçid haqqında qərar qəbul edib, lakin həmin qərar praktiki olaraq yerinə yetirilməyib.

AZƏRTAC xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin sentyabrın 22-də keçirilən iclasında Krım-tatar dilinin latın qrafikası əsasında əlifbası təsdiq edilib. 31 hərfdən ibarət olan bu əlifba Krım-tatar xalqının qurultayının 1991-1993-cü illərdə qəbul edilmiş qərarlarına əsaslanır.

Krım-tatar dilində təhsil prosesi 2025-ci il sentyabrın 1-dək latın qrafikasına keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.