CƏMİYYƏT


Ukraynada Mirqorod günü ilə bağlı keçirilən tədbirlərdə Azərbaycan da təmsil olunur

Mirqorod, 16 sentyabr, AZƏRTAC

Ukraynanın Mirqorod şəhər günü və alman faşistlərindən azad olunmasının 76-cı ildönümü münasibətilə bir sıra dövlət tədbirləri və kütləvi tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirlərdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları və diaspor nümayəndələri iştirak ediblər. Bayram tədbirlərində iştirak edən xarici ölkə diplomatlarının nümayəndələrini qəbul edən Mirqorod şəhər meri Sergey Solomaxa ilə görüşdə çıxış edən səfirliyimizin əməkdaşı Təbriz Qarayev bildirib ki, Azərbaycan və Ukrayna arasında strateji münasibətlər daha da güclənir və bu əməkdaşlıq bütün sahələri əhatə edir. Sonra T.Qarayev İrəvan xanlığı dövrünün xalçalarına dair kitabı merə təqdim edib. Təqdimat zamanı diplomat tarixi ərazimiz olan İrəvan xanlığı barədə geniş məlumat verib.

Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti, soydaşımız Qurban Abbasov da çıxış edərək qeyd edib ki, Azərbaycanın diaspor fəalları Ukraynadakı mədəniyyət tədbirlərinə aktiv dəstək verirlər. Mirqorod günü ilə bağlı keçirilən tədbirlərdə Azərbaycan geniş tərkibdə təmsil olunur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Mirqorod

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.