MƏDƏNİYYƏT


Ukraynada Mirqorod şəhərində etnik xalqların beynəlxalq festivalı keçirilib

Mirqorod, 17 sentyabr, AZƏRTAC

Ukraynanın Mirqorod şəhər günü və alman faşistlərindən azad olunmasının 76-cı ildönümü münasibətilə ölkədə yaşayan etnik xalqların iştirakı ilə beynəlxalq festival keçirilib.

AZƏRTAC xəbər verir ki, 20-dən artıq etnik xalqın sənətçilərinin iştirak etdiyi festivalda azərbaycanlıları Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti, soydaşımız Qurban Abbasovun rəhbərlik etdiyi qrup təmsil edib.

Festival çərçivəsində diaspor nümayəndələrimizin təşkil etdiyi Azərbaycana aid stend də nümayiş etdirilib. Rəsmi açılışda çıxış edən Mirqorod şəhər meri Serqey Solomaxa qeyd edib ki, etnik xalqların iştirakı ilə keçirilən beynəlxalq festival Ukraynanın bir daha tolerant ölkə olduğunu göstərir. Bu cür tədbirlər xalqlar arasında sülhün möhkəmlənməsinə öz töhfəsini verir.

Tədbirdə sonra Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı Təbriz Qarayev, soydaşımız Qurban Abbasov çıxış edərək Azərbaycan və Ukrayna xalqları arasında tarixi dostluq barədə məlumat veriblər. Bildiriblər ki, Ukraynada yaşayan azərbaycanlılar ölkənin inkişafında öz töhfələrini verməkdədirlər.

Konsertdə Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, bu ölkənin Xalq artisti Qurban Abbasov və yerli müğənni Natalya Kudryaşovanın ifa etdikləri Azərbaycana aid klassik və bəstəkar musiqilər tamaşaçıların zövqünü oxşayıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Mirqorod

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.