DÜNYA


Ukraynada “Müxalifət platforması - Həyat uğrunda” partiyasının fəaliyyəti dayandırılıb

Kiyev, 20 iyun, AZƏRTAC

Ukraynada müxalifət partiyasının fəaliyyəti dayandırılıb.

AZƏRTAC xəbər verir ki, Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi Ukraynada “Müxalifət platforması - Həyat uğrunda” partiyasının fəaliyyətini qadağan edib. Qərara əsasən siyasi partiyanın bütün əmlakı dövlətin mülkiyyətinə keçəcək.

Məhkəmə Ukrayna Ədliyyə Nazirliyinin iddiaları əsasında qərar çıxarıb.

Qeyd edək ki, bundan öncə Səkkizinci İnzibati Məhkəməsi 9 siyasi partiyanın fəaliyyətinə qadağa qoyub.

Məhkəmənin müvafiq qərarları ilə “Sol Müxalifət”, “Şariynin Partiyası”, “Müxalifət Bloku”, “Sosialist”, “Naşi”, “Sosialistlər”, “Vladimir Saldo” Bloku, “Derjava”, “Ədalət və İnkişaf” partiyalarının fəaliyyəti qadağan edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.