DÜNYA


Ukraynada ağır yol qəzası: 6 nəfər həlak olub

Kiyev, 5 fevral, AZƏRTAC

Ukraynanın Donetsk-Zaporojye magistralında baş verən yol qəzası nəticəsində 6 nəfər həlak olub. AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, “Daewoo Lanos” və “Chevrolet Lacetti” markalı avtomobillərin toqquşması nəticəsində hadisə yerində beş nəfər ölüb, üç nəfər ağır xəsarət alıb. Yaralılardan biri sonradan xəstəxanada keçinib.

Zərbənin gücündən “Chevrolet Lacetti” markalı avtomobil alışıb.

Xatırladaq ki, rəsmi statistikaya görə, 2018-ci ildə Ukraynada gündə orta hesabla 9-10 nəfər yol qəzasında həlak olub. Ötən il 3350 nəfər yol qəzalarının qurbanı olub.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.