DÜNYA
Ukraynada ağır yol qəzası: azı 10 nəfər ölüb
Kiyev, 20 iyul, AZƏRTAC
Ukraynanın Jitomir vilayəti ərazisində, Kiyevdən 127 kilometr aralıda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 10 nəfər ölüb, 10 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Jitomir vilayəti polisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ölənlərdən biri uşaqdır. İlkin ehtimala görə, yol qəzası surət həddinin aşılması səbəbindən baş verib.
Ölənlərin sayının artacağı ehtimal edilir, çünki yaralılardan 4-nün vəziyyəti ağırdır.
Ukrayna Prezidenti Petro Poroşenko Jitomir vilayəti rəhbərliyinə yaralılara təxirəsalınmaz yardımların göstərilməsi tapşırığını verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:42]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]