DÜNYA


Ukraynada avqustun üç günü ərzində 5600-ə yaxın cütlük evlənməyə hazırlaşır

Kiyev, 8 avqust, AZƏRTAC

Ukraynada avqustun üç günü ərzində - 08.08.18, 18.08.18 və 28.08.18 tarixlərində 5 556 cütlük evlənməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, bu magiya rəqəmlərində evlənənlər adi günlərdən iki dəfə çoxdur. Təkcə Kiyev şəhərində 08.08.18 tarixində 400-ə yaxın cütlük evlənir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.