MƏDƏNİYYƏT


Ukraynada azərbaycanlı şairənin rus dilinə tərcümə olunmuş şerlər kitabı işıq üzü görüb

Kiyev, 5 dekabr, AZƏRTAC

Ukraynada Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şairə Xəzangül Hüseynovanın rus dilinə tərcümə olunmuş şerlər kitabı nəşr olunub.

AZƏRTAC xəbər verir ki, “Завещание Богу” adlı kitabda müəllifin erməni vandalizminə həsr olunan “Я Зохра”, “Ультиматум” şerləri də yer alıb. Bundan başqa kitabda Azərbaycanı tanıdan şerlər də əksini tapıb.

Kitabın tərcüməçisi Nicat Məmmədov, redaktor və “Ön söz” müəllifi Səlim Babullaoğludur.

Qeyd edək ki, bu, Xəzangül Hüseynovanın xarici dildə çap olunan üçüncü kitabıdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.