DÜNYA
Ukraynada bir milyon dollarlıq kəhrəba daşının Macarıstana keçirilməsi cəhdinin qarşısı alınıb
Kiyev, 1 oktyabr, AZƏRTAC
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) və prokurorluğun əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində Macarıstan ilə sərhəddə, Zakarpatye vilayətində külli miqdarda kəhrəba daşının ölkədən çıxarılmasının qarşısı alınıb.
AZƏRTAC UTX-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Lujanka” gömrük məntəqəsində hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakinə məxsus mikroavtobusda bir tondan yuxarı kəhrəba daşı aşkarlayıblar.
Araşdırma zamanı məlum olub ki, gömrük işçisi Ukrayna sərhədindən Avropa İttifaqı ölkələrinə qaçaq yolla külli miqdarda kəhrəba daşı aparmağa cəhd göstərib. UTX-də gömrük işçisi barəsində cinayət işi açılıb.
Götürülən kəhrəba daşının qiymətinin “qara bazar”da təxminən bir milyon dollar olduğu bildirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]