CƏMİYYƏT


Ukraynada bu il əhalinin sayı 140 min nəfər azalıb

Kiyev, 24 oktyabr, AZƏRTAC

Bu il Ukraynada əhalinin sayı 140 min nəfərədək azalıb.

AZƏRTAC Ukraynanın Dövlət Statistika Xidmətinə istinadla xəbər verir ki, sentyabrın 1-nə olan

statistik göstəricilərə əsasən Ukraynada əhalinin sayı 42 milyon 444 min nəfərdir.

Hesabat dövründə hər 100 ölüm faktına görə, cəmi 63 nəfər dünyaya gəlib. Bu ilin əvvəlindən Ukraynada doğulanların sayı 243 min 862 nəfər, ölənlərin sayı isə 386 min 505 nəfər olub.

Dövlət Statistika Xidmətinin məlumatına görə, 6 ayın nəticələrinə əsasən ölkə əhalisi 42 milyon 514 min nəfər təşkil edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.