MƏDƏNİYYƏT


Ukraynada çap edilən kitab-kataloqda Azərbaycana dair əsərlər də yer alıb

Kiyev, 21 avqust, AZƏRTAC

Ukraynada tanınmış rəssamların əsərlərindən ibarət kitab-kataloqun ikinci nəşri çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabda soydaşımız, azərbaycanlı rəssam Əsgər Cavadovun da əsərləri yer alıb. Ümumilikdə kataloqda Ukrayna, Belarus, Litva və Azərbaycandan olan rəssamların 40-dan artıq əl işləri çap edilib.

Kitab-kataloqun məqsədi Ukraynada yaşayan müxtəlif xalqların mədəniyyəti ilə yaxından tanış olmaqdır. Kataloqda Azərbaycanın gözəl guşələrini əks etdirən əsərlər də var.

Qeyd edək ki, kitab-kataloqun birinci nəşrində də azərbaycanlı rəssamın əsərləri yer almışdı.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.