DÜNYA


Ukraynada daha bir kütləvi zəhərlənmə: 26 uşaq xəstəxanaya yerləşdirilib

Kiyev, 7 avqust, AZƏRTAC

Ukraynanın Lvov vilayətində qida zəhərlənməsindən 26 uşaq xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. Onlar Lvov vilayətindəki “Cem Rakovets” hotelində qidadan zəhərləniblər. Zəhərlənən uşaqların hamısı 10-16 yaş qrupuna aiddir.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, analoji hadisə bir həftə öncə Kiyev şəhərində qeydə alınmışdı. Şaurmadan zəhərlənmə nəticəsində 93 nəfər xəstəxanaya yerləşdirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.