DÜNYA


Ukraynada dil normasını yerinə yetirməyən 21 radio cərimələnib

Kiyev, 4 yanvar, AZƏRTAC

Ukraynanın Radio Yayımı və Televiziya Məsələləri üzrə Milli Şurası 2018-ci ildə dil normasını yerinə yetirməyən 21 radionu 1,7 milyon qrivnadan (62 min ABŞ dolları) çox məbləğdə cərimələyib. AZƏRTAC xəbər verir ki, bu barədə şuranın üzvü Sergey Kostinskiy məlumat verib.

Onun sözlərinə görə, cərimələrin əksəriyyəti Ukrayna mahnılarının az səsləndirilməsi ilə bağlı olub. Bu cərimələrdən sonra radiolarda Ukrayna mahnılarının səsləndirilməsi halları artıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.