DÜNYA


Ukraynada dollar ucuzlaşmaqda davam edir

Kiyev, 18 sentyabr, AZƏRTAC

Ukraynada dollar qrivnaya münasibətdə ucuzlaşmaqda davam edir.

AZƏRTAC Milli Bankın saytına istinadla xəbər verir ki, bir dollar 24,66 qrivna olub. Bu da ötən günlə müqayisədə 10 qəpik ucuzlaşmaq deməkdir.

Sonuncu dəfə bu göstərici 2016-cı il yanvarın 24-də qeydə alınıb. Ekspertlərin bir hissəsi dolların ucuzlaşacağını, bir qismi isə birdən-birə bahalaşacağını qeyd edirlər. Onlar hesab edirlər ki, bir dollar 28 qrivna dəyərində olacaq.

Onu da qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsində bir dolların 28-29 qrivna olacağı bildirilmişdi.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.