DÜNYA


Ukraynada əhalinin sayında hər ay azalma var

Kiyev, 18 aprel, AZƏRTAC

Bu ilin ilk iki ayı ərzində Ukrayna əhalisinin sayında 52 min nəfərə yaxın azalma müşahidə edilib.

AZƏRTAC Ukraynanın Dövlət Statistika Xidmətinin məlumatına istinadla xəbər verir ki, fevralın 1-nə olan statistik məlumatda ölkə əhalisinin sayı 42 milyon 101 min 7 nəfər göstərilir. Ölkədə hər 100 nəfərin ölümü müqabilində cəmi 47 doğuş qeydə alınıb. Yanvarın 1-nə olan göstəricidə isə Ukraynada 42 milyon 153 min 2 nəfər əhali olub.

Qeyd edək ki, Ukraynada əhalinin azalma tendensiyası bir neçə ildir davam edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2024-cü ildə Ukraynada əhalinin sayı 41 milyon 47 min nəfər olacaq. Bu da o deməkdir ki, 6 ildə ölkə əhalisinin sayı 1 milyon azalacaq.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.