DÜNYA


Ukraynada ərzaq məhsullarının qiymətinin artımı davam edir

Kiyev, 29 iyul, AZƏRTAC

2022-ci ilin sonuna qədər Ukraynada xam məhsulların dəyəri təxminən 50 faiz artacaq. Gələcəkdə ərzaq inflyasiyası əhəmiyyətli dərəcədə yavaşıyacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının “İnflyasiya hesabatı”nda qeyd olunub.

Bildirilib ki, 2022-ci ildə Ukraynanın cənub bölgələrindən erkən məhsulların tədarükünün olmaması səbəbindən meyvə və tərəvəzin qiymətləri sürətlə artıb. Taxıl, xüsusən də qarabaşaq və düyü ehtiyatlarının tükənməsi və idxal imkanlarının azalması səbəbindən bu məhsullar daha nəzərəçarpacaq dərəcədə bahalaşıb.

Duzun maya dəyərinin artımı da, ilk növbədə, əsas dağ-mədən müəssisəsinin dağıdılması hesabına sürətlənib. Süd və balıq məhsullarının, o cümlədən alkoqolsuz içkilərin qiymətləri daha sürətlə artıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.