RƏSMİ SƏNƏDLƏR


Ukraynada fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qurbanəli Abbasovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Ukraynanın Kiyev şəhərində fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bütün kollektivi adından Sizi yubileyiniz münasibətilə təbrik edirik.

İcazə verin, Sizə möhkəm cansağlığı və Prezident kimi Azərbaycanın firavanlığı naminə fəaliyyətinizdə uğurlar diləyək.

Siz dahi atanız, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yolunun davamçısı kimi, ölkənizi inamla firavanlığa və dövlətçilik əsaslarının möhkəmləndirilməsinə doğru aparırsınız.

Sizin rəhbərliyinizlə Azərbaycanda milli iqtisadiyyatın və sosial sahənin inkişafına yönəlmiş genişmiqyaslı proqramlar həyata keçirilir. Respublikanın regionda və beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə möhkəmlənib. Sizin rəhbərliyiniz dövründə Azərbaycan özünün ən böyük arzusunu həyata keçirib - ölkənin əzəli tarixi torpaqları öz sahibinə qaytarılıb. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə də sanballı uğurlar qazanıb. Azərbaycan gələcəyə cəsarətlə baxır və heç şübhəsiz, bu da Sizin xidmətinizdir.

Hörmətlə,

 

Qurbanəli Abbasov

Ukraynada fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin