CƏMİYYƏT


Ukraynada hamilə qadın qripdən həlak olub

Kiyev, 13 yanvar, AZƏRTAC

Ukraynada yeni epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından daha bir ölüm faktı qeydə alınıb. AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, A qrip virusu ilə xəstəxanaya yerləşdirilən 31 yaşlı hamilə qadının həyatını xilas etmək mümkün olmayıb. O qripə qarşı vaksin olunmayıb.

Qadının bətnində olan uşaq isə cərrahi müdaxilə ilə xilas edilib.

Artıq yeni epidemioloji mövsümdə Ukraynada qrip və kəskin respirator virus infeksiyasından 3 nəfər həlak olub. 2020-ci ilin ikinci həftəsində təkcə paytaxt Kiyevdə 7 minə yaxın insan qripə yoluxub.

Səhiyyə Nazirliyi əhalini qripə qarşı vaksin olunmağa çağırıb.

Qeyd edək ki, ötən epidemioloji mövsümdə Ukraynada qrip və kəskin respirator infeksiyasından 63 nəfər ölüb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.