DÜNYA


Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik yenidən 90 gün müddətinə uzadılıb

Kiyev, 15 avqust, AZƏRTAC

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyəti və ümumi səfərbərliyi yenidən 90 gün müddətinə uzadıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Səs” fraksiyasından olan deputatı Yaroslav Jeleznyak teleqram səhifəsində bildirib.

Qeyd olunub ki, parlament bu gün hərbi vəziyyətin uzadılması haqqında 7664 saylı qanun layihəsini, eləcə də ümumi səfərbərlik müddətinin uzadılması haqqında 7665 saylı qanun layihəsini qəbul edib.

Hər iki sənədi 328 deputat dəstəkləyib.

Beləliklə, hərbi vəziyyət və səfərbərliyin müddəti avqustun 23-dən sonra daha 90 gün, yəni, noyabrın 21-dək uzadılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.