DÜNYA


Ukraynada hərbi vəziyyətin elan olunması valyuta məzənnəsinə ciddi təsir edib

Kiyev, 27 noyabr, AZƏRTAC

Ukraynada hərbi vəziyyətin elan olunacağına dair müzakirə başlanandan ölkədə qrivnaya nisbətdə dollar 20-30 qəpik, avro isə bir qrivna bahalaşıb.

AZƏRTAC xəbər verir ki, hazırda bir dolların satış və alışı 28,40-29,60, avronun satış və alışı isə 32,29 - 34,00 qrivnadır.

Qeyd edək ki, Ukrayna Ali Radasının qərarı ilə noyabrın 28-dən etibarən Odessa, Sumı, Xarkov, Nikolayev, Çerniqov, Vinnitsa, Luqansk, Herson, Donetsk, Zaporojya vilayətlərində, həmçinin Azov dənizində 30 gün müddətinə hərbi vəziyyət elan edilib. Bu barədə qərar Rusiya silahlı qüvvələrinin Kerç körfəzində Ukraynaya məxsus gəmilərə silahlı müdaxiləsindən sonra verilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.