DÜNYA


Ukraynada hökm sürən qeyri-sabit hava şəraiti fövqəladə vəziyyət yaradıb, ölənlər var

Kiyev, 26 may, AZƏRTAC

Ukraynanın Qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti fövqəladə vəziyyət yaradıb.

AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir ki, qasırğa ilə müşahidə olunan güclü yağışlar nəticəsində İvano-Frankovsk şəhərinin 57 yaşlı kişi və 11 yaşlı oğlanın həyatına son qoyub.

Məlumata görə, qeyri-sabit hava şəraiti Zakarpatya, İvano-Frankovsk, Lvov, Xmelnitski və Çernovtsı vilayətlərinə ziyan vurub. Sellə müşayiət olunan güclü yağış nəticəsində 10 minə yaxın ev, 9 minə yaxın kənd təsərrüfatı sahəsi, 100 kilometrlik yol su altında qalıb.

Fövqəladə hallar yaranan zaman təhlükəli zonalardan minə yaxın insan, 90-dan artıq avtomobil evakuasiya olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.