DÜNYA


Ukraynada karantin müddətini iyunun 30-dək uzadacaqlar

Kiyev, 21 aprel, AZƏRTAC

Ukrayna hökuməti fövqəladə vəziyyət rejimini iyunun 30-dək uzadacaq. Bu, ilk növbədə, dövlət hakimiyyəti orqanlarına və onların pandemiyaya qarşı mübarizəyə daim hazır olmasına aiddir.

AZƏRTAC xəbər verir ki, Ukrayna hökumətinin başçısı Denis Şmıqal bunu brifinqdə bəyan edib. Onun sözlərinə görə, Ukrayna sakinləri ehtiyatı əldən verməməlidirlər.

Qeyd edək ki, Ukraynada koronavirusa yeni yoluxma hallarının sayı artıb: sutka ərzində 12.162 yeni yoluxma faktı qeydə alınıb. Yeni yoluxmaların ən çoxu Kiyevdə, həmçinin Xarkov və Kiyev vilayətlərində müşahidə olunub.

Səhiyyə Nazirliyində ehtimal edirlər ki, Pasxadan sonra COVID-19-un yeni yoluxmalarının geniş yayılması gözlənilir. Bu, bayramdan 3-4 həftə sonra ola bilər.

Baş nazir Denis Şmıqal bildirib ki, Ukrayna Pasxa bayramını pandemiya şəraitində keçirməyə hazırlaşır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.