DÜNYA


Ukraynada koronavirus tüğyan edir

Kiyev, 25 noyabr, AZƏRTAC

Ukraynada son sutkada koronavirusa yoluxanların sayında artım qeydə alınıb.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün Ukraynada 13 882 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların ümumi sayı 661 min 858-ə çatıb, 307 min 778 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.

Ötən gün ölkədə 229 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 11 492 nəfərə çatıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.