DÜNYA
Ukraynada koronavirus xəstələrinin sayında artım müşahidə edilir
Kiyev, 11 avqust, AZƏRTAC
Avqustun 11-nə olan məlumata görə, Ukraynada 83 min 115 koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 1158-i son 24 saat ərzində aşkar edilib.
AZƏRTAC Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının saytına istinadla xəbər verir ki, ən çox yoluxma halları Lvov, Xarkov, İvano-Frankovsk vilayətləri və Kiyevdə qeydə alınıb.
Ukraynada COVID-19 virusuna yoluxanlardan 44 min 934 nəfəri sağalıb, 1951 nəfər isə vəfat edib.
Xatırladaq ki, avqustun 3-dən etibarən Ukrayna ərazisində koronavirus xəstələrinin gün ərzində orta artım göstəricisi mindən aşağı düşməyib. Bu statistika ölkədəki əlverişsiz epidemioloji vəziyyətdən xəbər verir. Ukraynanın Səhiyyə Nazirliyi xəstələrin sayının artmasını insanların gigiyenaya və virusdan müdafiə sahəsində elementar tövsiyələrə riayət etməyərək, səhlənkar davranmaları ilə əlaqələndirir.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]