DÜNYA


Ukraynada koronavirusa sutkalıq yoluxma halları artıb

Kiyev, 19 fevral, AZƏRTAC

Son sutka ərzində Ukraynada 6531 nəfər koronavirusa yoluxub ki, bu da son günlərin yuxarı göstəricisidir. Bu virusa ən çox yoluxma İvano-Frankovsk və Vinnitsa vilayətlərində qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.

Ötən gün ölkədə koronavirusdan 120 nəfər həyatını itirib, 2304 nəfər isə xəstəxanaya yerləşdirilib.

Fevralın 18-nə olan vəziyyətə görə, Ukraynada 1 milyon 293 min 672 yoluxma faktı təsdiqlənib. Xəstələnənlərdən 1 milyon 139 min 977 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 24 min 972 nəfərdir.

Ukrayna hökuməti koronavirusa yoluxma halları artdığından vilayətlərdə göstəricilərə əsasən qadağaları sərtləşdirməyi müzakirə edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.