DÜNYA
Ukraynada koronavirusa yoluxanların sayı 140 minə çatır
Kiyev, 7 sentyabr, AZƏRTAC
Ukraynada son sutkada koronavirusa yoluxma hallarında artım davam etməkdədir.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 2174 nəfər koronavirusa yoluxub, 31 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Odessa, Ternopol, Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 138 min 68 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 2877 nəfərdir, 62 min 606 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]