DÜNYA


Ukraynada koronavirusa yoluxanların sayı 170 minə çatıb

Kiyev, 18 sentyabr, AZƏRTAC

Ukraynada son sutkada koronavirusa yoluxma hallarında artım davam etməkdədir.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 3468 nəfər koronavirusa yoluxub, 68 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Ternopol, Odessa vilayətlərində qeydə alınıb.

Bununla da hazırda ölkədə koronavirusa yoluxanların sayı 169 min 472 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3468 nəfərdir, 75 min 468 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.