DÜNYA


Ukraynada koronavirusa yoluxanların sutkalıq sayı ilk dəfədir 11 min nəfəri keçib

Kiyev, 12 noyabr, AZƏRTAC

Ukraynada son sutkada koronavirusa yoluxanların sayı ilk dəfədir 11 min nəfəri keçib.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün Ukraynada 11 057 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların ümumi sayı 500 min 808-ə çatıb, 227 min 694 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Odessa, Lvov və Xarkov vilayətlərində qeydə alınıb.

Ötən gün ölkədə 198 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 9145 nəfərə çatıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.