DÜNYA


Ukraynada koronavirusa yoluxma halları yenidən artır

Kiyev, 18 fevral, AZƏRTAC

Son sutka ərzində Ukraynada 6237 nəfər koronavirusa yoluxub ki, bu da son günlərin yuxarı göstəricisidir. Bu virusa ən çox yoluxma İvano-Frankovsk və Vinnitsa vilayətlərində qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.

Ötən gün ölkədə koronavirusdan 163 nəfər həyatını itirib, 2222 nəfər isə xəstəxanaya yerləşdirilib.

Fevralın 17-nə olan vəziyyətə görə, Ukraynada 1 milyon 287 min 141 yoluxma faktı təsdiqlənib. Xəstələnənlərdən 1 milyon 134 min 120 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 24 min 852 nəfərdir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.