DÜNYA


Ukraynada koronavirusdan ölənlərin sayı 3 minə yaxınlaşıb

Kiyev, 9 sentyabr, AZƏRTAC

Ukraynada koronavirusa yoluxma hallarında artım davam etməkdədir.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 2511 nəfər koronavirusa yoluxub, 45 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Odessa, Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 143 min 30 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 2 979 nəfərdir, 64 min 703 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.