DÜNYA


Ukraynada koronavirusla bağlı karantinin müddəti ilin sonuna qədər uzadılıb

Kiyev, 14 oktyabr, AZƏRTAC

Ukrayna Nazirlər Kabinetinin iclasında ölkədə karantin müddətinin dekabrın 31-dək uzadılması barədə qərar qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Denis Şmıqal hökumətin iclasında bildirib.

Baş Nazir bəyan edib ki, karantin müddətinin uzadılmasına səbəb koronavirusa yoluxma hallarının kəskin artmasıdır. Onun sözlərinə görə, bu müddətdə karantinin şərtləri də sərtləşdiriləcək.

Son statistik məlumata görə, Ukraynada koronavirusa yoluxanların sayı 270 min 587 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 5122 nəfərdir, 120 min 562 min xəstə isə sağalaraq evə buraxılıb. Sutkalık koronavirusa yoluxma halları 5-6 min civarında dəyişir.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılmışdı.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.