DÜNYA


Ukraynada koronavirusla bağlı yeni antirekord: sutkada 1592 nəfər yoluxub

Kiyev, 13 avqust, AZƏRTAC

Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 1592 nəfər koronavirusa yoluxub, 22 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxma Kiyev, Xarkov, Çerniqov və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 min 140 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1992 nəfərdir, 45 min 686 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.