DÜNYA


Ukraynada körpünü partlatmaq istəyən şəxs saxlanılıb

Kiyev, 19 sentyabr, AZƏRTAC 

Sentyabrın 19-na keçən gecə Kiyevdə odlu silahdan atəş açan və “Metro” körpüsünü partlatmaqla hədələyən şəxs saxlanılıb. Terrorçu Xüsusi Əməliyyatlar Qrupunun keçmiş hərbi qulluqçusu olub.

AZƏRTAC Ukrayna DİN-in saytına istinadla xəbər verir ki, polis əməkdaşları 4 saata yaxın davam edən əməliyyatı həyata keçirmək üçün körpüdə hərəkəti dayandırmalı olublar. Terrorçunun yaxalanması üzrə xüsusi əməliyyata hüquq-mühafizə orqanlarının 350 əməkdaşı cəlb olunub.

Terrorçunun yaxalanması və onun avtomobilində pirotexniklər tərəfindən axtarış aparılmasından sonra körpüdə hərəkət bərpa olunub.

Terrorçunu ömürlük həbs cəzasına məhkum edə bilərlər. Kiyev polisinin rəisi Andrey Krişenko deyib: “Hazırda “Terror aktının törədilməsinə hazırlıq” maddəsi ilə cinayət işi açılıb. Bu maddə baş verə biləcək insidentin nəticələrindən asılı olaraq ömürlük həbs cəzasını da nəzərdə tutur”.

Rüstəm Məmmədov

AZƏRTAC

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.