DÜNYA


Ukraynada mayın ikinci yarısından karantinlə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıla bilər

Kiyev, 10 aprel, AZƏRTAC

Ukraynada hər bir vətəndaş müəyyən edilmiş karantin rejiminə əməl edəcəyi təqdirdə, mayın ikinci yarısında bəzi məhdudiyyətlər aradan qaldırıla bilər. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Hesab edirik ki, mayın ortalarından ölkə normal həyat tərzi sürməyə başlayacaq, yaya doğru bütün məhdudiyyətlər götürüləcək”, - məlumatda qeyd edilib.

Bildirilir ki, ilk mərhələdə iqtisadi məhdudiyyətlər götürüləcək, sonra gənclər üçün karantin rejimi aradan qaldırılacaq.

Karantindən ziyan çəkən vətəndaşlara isə maliyyə yardımı paketi hazırlanır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.