DÜNYA


Ukraynada pandemiya dövründə sutkalıq ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb

Kiyev, 26 oktyabr, AZƏRTAC

Ukraynada son sutkada koronavirusdan ölənlərin sayı 734 nəfərə çatıb ki, bu da pandemiya dövründə yeni antirekord göstəricidir.

AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada Ukraynada 19120 nəfər koronavirusa yoluxub. Bunlardan 2939-u xəstəxanaya yerləşdirilib. Ən çox yoluxma Xarkov, Odessa və Dnepropetrovsk vilayətlərində qeydə alınıb.

Ümumilikdə pandemiya dövründə Ukraynada 2 803 159 nəfər koronavirusa yoluxub, onlardan 2 390 112 nəfəri sağalıb, 64 936-sı həyatını itirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.