DÜNYA


Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb

Kiyev, 21 aprel, AZƏRTAC

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının saat 15:00-a olan açıqlamasına görə, seçicilərin 45 faizdən çoxu səsvermədə iştirak edib.

Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, gün ərzində seçki qanunvericiliyinin pozulması ilə bağlı 1000-dən artıq şikayət daxil olub. MSK qanun pozuntularının səsvermənin nəticələrinə təsir etmədiyini açıqlayıb.

Səsvermə başa çatandan sonra “exit-poll”un ilkin nəticələri elan olunacaq. MSK yekun nəticələri mayın 1-dək açıqlamalıdır.

Seçki kampaniyası dövründə aparılan rəy sorğularında Vladimir Zelenski daha şanslı sayılır. Mixail Draqomanova adına Sosioloji Araşdırmalar Mərkəzinin aprelin 18-də açıqladığı sorğunun nəticələrinə görə, seçicilərin 54 faizi Vladimir Zelenskiyə, 44,1 faizi isə Petro Poroşenkoya səs verəcəklərini açıqlayıb.

Xatırladaq ki, seçicilər prezident seçkilərinin birinci turunda Zelenskiyə 30,24 faiz, Poroşenkoya isə 15,95 faiz səs veriblər. Birinci turda seçicilərin 63,52 faizi səsvermədə iştirak edib. Bu da 18,82 milyon seçici deməkdir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.