DÜNYA


Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

Kiyev, 20 aprel, AZƏRTAC

Ukraynada keçiriləcək prezident seçkiləri ikinci turu ilə bağlı olaraq bu gün ölkədə sükut günüdür.

AZƏRTAC xəbər verir ki, Ukraynanın seçki qanunvericiliyinə görə, səsvermə gününün sonuncu günü hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar qadağan olunur.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin birinci turu - martın 31-də keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. 5 nəfər sonradan namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub. Səsvermənin nəticəsi olaraq Vladimir Zelenski və Petro Poroşenko ikinci tura keçib. Aprelin 21-də hər iki namizəd Ukraynanın yeni prezidentliyi uğrunda mübarizə aparacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.