DÜNYA
Ukraynada prezident seçkilərinin ikinci turuna xarici müşahidəçilər də böyük maraq göstərirlər
Kiyev, 14 aprel, AZƏRTAC
Xarici müşahidəçilərin Ukraynada prezident seçkilərinin ikinci turuna marağı çoxdur. Aprelin 13-dək Ukraynada prezident seçkilərinin ikinci turunu izləmək üçün 2360 xarici müşahidəçi qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Ukrayna Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Məlumata görə, ABŞ-dan 63, Polşadan 40, Slovakiyadan 16, Fransadan 15, Almaniyadan 13 müşahidəçi qeydə alınıb. Həmçinin Azərbaycan, İsveç, Litva, Çexiya, Yaponiya, İordaniya, İspaniya, Argentina, Norveç, Türkiyə, Belçika, Portuqaliya, Moldova və İsveçrədən olan müşahidəçilər də qeydiyyatdan keçiblər.
Bundan başqa, beynəlxalq təşkilatlardan da 2369 müşahidəçi qeydə alınıb.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]