DÜNYA


Ukraynada prezidentliyə namizəd Zelenskinin evi yaxınlığında silahlı şəxslər zərərsizləşdirilib

Kiyev, 15 aprel, AZƏRTAC

Ukraynada prezidentliyə namizəd Vladimir Zelenskinin yaşadığı evin yaxınlığında silahlı şəxslər zərərsizləşdirilib.

AZƏRTAC ТСН kanalına istinadla xəbər verir ki, güc strukturlarının həyata keçirdiyi əməliyyat nəticəsində bir neçə nəfər zərərsizləşdirilib.

Ukrayna polisi zərərsizləşdirilən şəxslərin bir neçə cinayəti planlaşdırdıqlarını açıqlayıb. Polis Zelenskiyə qarşı terror hazırlandığı barədə suala şərh verməyib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Vladimir Zelenski və Petro Poroşenko Ukrayna prezidentliyi uğrunda mübarizə aparacaqlar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.