DÜNYA


Ukraynada prezidentliyə namizədlərin debatının keçirilmə tarixində fikir ayrılığı yaranıb

Kiyev, 8 aprel, AZƏRTAC

Deyilən tarixdə və məkanda Poroşenko ilə debata hazıram, orada bütün suallarımı ünvanlayacağam.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski rəqibi Petro Poroşenko ilə Kiyevin mərkəzi “Olimpiya” stadionunda debatın keçirilməsinə razılıq verərək deyib. O, debatın aprelin 19-da keçirilməsini təklif edib. Ukrayna prezidenti Petro Poroşenko isə debatın aprelin 14-də keçirilməsini istəyir. “Aprelin 14-də Zelenskini “Olimpiya” stadionunda gözləyirəm. Düşünürəm ki, debatın axşam 19:00-da başlaması münasib vaxtdır. Mən bütün vətəndaşları, telekanalları, KİV nümayəndələrini debata dəvət edirəm”, - deyə P.Poroşenko “Ukrayna” telekanalına müsahibəsində bəyan edib.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.