DÜNYA


Ukraynada prezidentliyə namizədlərin sayı 13-ə çatıb

Kiyev, 22 yanvar, AZƏRTAC

Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 22-də keçirilən iclasında Ukrayna Ali Radasının deputatı, Müxalifət Bloku siyasi partiyasının üzvü Yuriya Boykonun prezidentliyə namizədliyi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.