DÜNYA


Ukraynada qırıcı təyyarə qəzaya uğrayıb, pilotlar həlak olub

Kiyev, 16 oktyabr, AZƏRTAC

Ukraynada keçirilən “Açıq səma-2018” genişmiqyaslı hərbi təlimlərdə Su-27UB qırıcı təyyarəsi qəzaya uğrayıb.

AZƏRTAC Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə Vinnitsa vilayətinin Xmelnik məntəqəsi yaxınlığında baş verib.

Təyyarənin qəzaya uğraması nəticəsində hər iki pilot həlak olub. Onlardan biri Ukrayna Hərbi Hava Qüvvələrinin, digəri isə ABŞ Hava Qüvvələri Milli Qvardiyasının hərbçisi olub.

Qeyd edək ki, Ukraynada oktyabrın 8-dən “Açıq səma-2018” genişmiqyaslı hərbi təlimlər başlayıb. Hərbi təlimlərdə Rumıniya, Polşa, Belçika, Danimarka, Böyük Britaniya, Niderland, Yunanıstan və Estoniyanın hərbi hava qüvvələri iştirak edir. Ümumilikdə, hərbi təlimlərə 40-dan çox təyyarə, uçuş aparatları, onlarla zenit-raket kompleksi və hərbi-texniki vasitələr cəlb olunub.

Hərbi təlimlər oktyabrın 19-da başa çatacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.