DÜNYA


Ukraynada rekord həcmdə odun ehtiyatı toplanıb

Ukraynada rekord həcmdə odun ehtiyatı toplanıb

Bakı, 5 dekabr, AZƏRTAC

Ukraynanın Meşə Ehtiyatları üzrə Dövlət Agentliyi rekord həcmdə odun ehtiyatı hazırlayıb.

AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, hazırda ölkə üzrə ümumi odun ehtiyatı 260 min kubmetrə çatıb. Noyabrın ortalarında bu göstərici təxminən 187 min kubmetr idi. Tələb təklifi xeyli üstələdiyi üçün dekabrda daha 314 min kubmetr odun tədarük olunması planlaşdırılır. Ümumilikdə isə meşə təsərrüfatları ilin sonunadək ölkə daxilində 1,1 milyon kubmetr odun satmağı planlaşdırır.

Noyabrın 25-də Ukrayna hökuməti yanacaq üçün istifadə oluna biləcək odunun ixracına qadağa qoyub. Baş nazir Denis Şmıqalın sözlərinə görə, Rusiya Ukraynanın enerji sisteminə ciddi zərər vurduğu üçün odun bir çox ərazilərdə əsas istilik resursuna çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.