DÜNYA


Ukraynada seçki qanunvericiliyinin pozuntusu ilə bağlı 47 fakt qeydə alınıb

Kiyev, 16 yanvar, AZƏRTAC

Ukraynada prezident seçkiləri ilə bağlı seçki kampaniyası başlayandan bəri seçki qanunvericiliyinin pozuntusu ilə bağlı 47 fakt qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, seçki qanunvericiliyinin tələblərinin pozulması əsasən təbliğat-təşviqat materiallarının hazırlanması və yayılması ilə bağlıdır. Qeydə alınan bu faktlarla bağlı materiallar toplanaraq məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.