DÜNYA


Ukraynada seçki qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 626 fakt qeydə alınıb

Kiyev, 5 fevral, AZƏRTAC

Ukraynada prezident seçkiləri ilə bağlı seçki kampaniyası başlayandan bəri seçki qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 626 fakt qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, seçki qanunvericiliyinin tələblərinin pozulması əsasən təbliğat-təşviqat materiallarının hazırlanması və yayılması ilə bağlıdır. Eyni zamanda, xuliqanlıq, seçicilərə rüşvət təklifi, namizədlərin kampaniyası zamanı maliyyə pozuntusu kimi faktlar da aşkarlanıb. Bu faktlarla bağlı materiallar toplanaraq məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 30 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bu, Ukraynada keçirilən prezident seçkilərində rekord göstəricidir. Prezidentliyə namizədlərin qeydiyyata alınması fevralın 8-də başa çatacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.