DÜNYA


Ukraynada səsvermə günü 134 mindən çox polis təhlükəsizlik tədbirlərinə cəlb olunacaq

Kiyev, 12 mart, AZƏRTAC

Ukraynada prezident seçkiləri ilə bağlı keçiriləcək səsvermə günü 134 mindən çox polis təhlükəsizlik tədbirlərinə cəlb olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov seçkilərlə bağlı keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, polis qüvvələri təhlükəsizlik tədbirləri üçün kifayət qədərdir. Polis seçki qanunvericiliyinə uyğun olaraq üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.