DÜNYA


Ukraynada son 5 ayda benzinin qiyməti 20 faiz artıb

Kiyev, 13 yanvar, AZƏRTAC

2017-ci ilin avqustundan 2018-ci il yanvarın ortalarına qədər Ukraynada benzinin qiyməti 4-5 qriven bahalaşıb ki, bu da rekord göstəricidir.

AZƏRTAC xəbər verir ki, hazırda Ukraynada bir çox şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində A-92 markalı benzin 30,95, A-95 – 31,95, A-95 “Premium”-32,95 və dizel yanacağı 29,45 qrivenə satılır (1 dollar 28,45 qrivendir).

Ekspertlər Ukraynada benzinin qiymətinin yay aylarına qədər yenə artacağını proqnozlaşdırırlar.

Yanvarın sonuna qədər isə yanacağın qiymətinin daha 1-1,5 qriven artacağı qeyd edilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.