CƏMİYYƏT
Ukraynada son bir ayda qripdən həlak olanların sayı 14-ə çatıb
Kiyev, 29 yanvar, AZƏRTAC
Ukraynanın Zaporojye vilayətində 51 yaşlı qadın qrip və kəskin respirator virus infeksiyasından ölüb. Bu barədə AZƏRTAC-a Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, A (H1N1) virusuna yoluxan qadın xəstəliyin səkkizinci günü ağır halda xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Bununla son bir ayda Ukraynada qripdən ölənlərin ümumi sayı 14 nəfərə çatıb. Təkcə ötən həftə Ukraynada qripə yoluxma halları 48 faiz artıb. Bunların da 70 faizdən çoxu uşaqdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]